Polşa Ukrayna üzərində Rusiya raketlərini vurmağı öz vəzifəsi hesab edirbackend

Polşanın öz hava məkanını qorumaq vəzifəsi Ukrayna üzərində Rusiya raketlərini vurmaqdır. Bu barədə Financial Times-a müsahibəsində Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.

“NATO-ya üzvlük hər bir ölkənin öz hava məkanını qorumaq məsuliyyətini inkar etmir – bu, bizim konstitusiya məsuliyyətimizdir”, – o vurğulayıb.

Sikorski Ukrayna üzərində raketlərin vurulmasını “qanuni özünümüdafiə tədbiri” adlandırıb, bir şərtlə ki, Varşava hava hədəflərinin “hava məkanımıza daxil olmaq yolunda olduğunu” hesab etsin.