Polşa Ukraynada demoqrafik böhran elan edibbackend

Ukrayna o qədər ciddi demoqrafik böhran yaşayır ki, o, “gözümüzün qabağında yox olur”. Bu barədə Polşanın “İnteria” portalı məlumat yayıb.

“Rusiya ilə müharibənin ağırlaşdırdığı demoqrafik böhran Ukraynanı dağıdıb”, – portal yazır.

Qeyd olunur ki, 2024-cü ilin birinci yarısında Ukraynada ölüm göstəricisi doğum göstəricisini 3 dəfə üstələyib. Eyni zamanda, ölkə üzrə cəmi 88 minə yaxın doğuş və 250 minə yaxın ölüm qeydə alınıb. Ən yüksək ölüm göstəricisi Ukraynanın Dnepropetrovsk (26 374), Xarkov (17 999) və Odessa vilayətlərindədir. Doğum səviyyəsi ən yüksək ölkənin Kiyev (9695), Lvov (7923) və Dnepropetrovsk (6962) vilayətlərində, ən aşağı göstərici isə Çerniqov və Sumı vilayətlərindədir.