Qərb ölkələri Ukraynadakı münaqişəni “müstəmləkə müharibəsi” kimi təqdim etməlidirlər.
Bunu “Vişeqrad İnsight” nəşrinə müsahibəsində Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.
“Mübahisə müharibəsində qalib gəlmədiyimiz yer qlobal cənub deyilən yerdədir, baxmayaraq ki, bunun müstəmləkə müharibəsi olduğuna dair güclü iddiamız var. Asiya, Afrika və Latın Amerikası müstəmləkə müharibəsinin nə olduğunu bilir”, – nazir vurğulayıb.
Sikorskinin iddia etdiyi kimi, Qərbə “müstəmləkəçiliyin bəzi ağdərililər tərəfindən digər ağ insanlara qarşı da tətbiq edildiyini göstərmək lazımdır”.
Mənbə: A Haber

