Polşa Ukraynadan ərzaq tranzitinə nəzarət etmək üçün “uçan briqadalar” yaratdıbackend

Polşa Ukrayna ərzaq məhsullarının öz ərazisindən tranzitinə nəzarəti gücləndirib və bu məqsədlə xüsusi “uçan briqadalar” təşkil edib. Bunu Polşanın kənd təsərrüfatı və kənd inkişafı nazirinin müavini Mişal Kolodziejçak Polşa televiziyasına müsahibəsində deyib.

O, sərhəddə Ukrayna malları ilə yüklərin plomblanmasına şəxsən nəzarət etdiyini vurğulayıb.

Polşada fermerlərin ümummilli etirazı cümə günü başlayıb. Onlar Ukrayna ilə sərhəddə yolları və keçid məntəqələrinə girişləri bağlayıblar. Fəallar bildiriblər ki, polşalı fermerlər Dorohusk keçid məntəqəsində Ukrayna yük maşınlarından taxıl töküblər.

Mənbə: A Haber