Polşa Ukraynaya köhnə qırıcı təyyarələr bağışlayacaqbackend

Polşa 2026-cı ildə istismardan çıxarılmış postsovet MiQ-29 qırıcı təyyarələrini Ukraynaya təhvil verməyi planlaşdırır.

Polşa müdafiə nazirinin müavini Pavel Zalevski bu barədə TVP World-də məlumat verib.

Onun sözlərinə görə, qərar artıq verilib. Kiyev əvvəlcə doqquz təyyarə alacaq.

Zalevski əlavə edib ki, hazırda Ukrayna Müdafiə Nazirliyi ilə texniki danışıqlar aparılır, bu danışıqlar əsasən logistika, qırıcıların texniki vəziyyəti və onların təhvil verilməsi şərtləri ilə bağlıdır.