Polşa Ukraynaya MiQ-29 qırıcı təyyarələrinin təhvil verildiyini açıqladıbackend

Polşa Ukraynaya doqquz ədəd MiQ-29 qırıcı təyyarəsi təhvil verməyi planlaşdırır. Qərar qəbul edilib və detallar hazırda Kiyevlə müzakirə olunur.

TVP World-ə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirinin müavini Pavel Zalevski bildirib.

Zalevski deyib: “Ukrayna Müdafiə Nazirliyindən cavab gözləyirik. Danışıqlar davam edir. Bunlar sırf texniki müzakirələrdir”.

Onun sözlərinə görə, Kiyev qırıcı təyyarələrin təhvil verilməsi təklifini dəstəkləyir və hazırda logistika və texniki detallar dəqiqləşdirilir. Nazir müavini bildirib ki, ilkin çatdırılma “ondan az təyyarədən” ibarət olacaq.