Polşa və müttəfiqləri Ukraynadakı vəziyyətlə əlaqədar olaraq hava qüvvələrini, hava hücumundan müdafiə sistemlərini isə yüksək hazırlıq vəziyyətinə salıblar.
Bu barədə Polşa Silahlı Qüvvələrinin bölmələrinin operativ komandanlığı məlumat yayıb.
“Polşa və müttəfiqlərinin hava qüvvələri hərəkətə keçib və yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib”, – rəsmi məlumatda deyilir.
Komandanlıq izah edib ki, tədbirlər Polşa tərəfinin “həssas ərazilər” adlandırdığı sərhədyanı ərazilərin təhlükəsizliyinin təmin edilməsinə yönəlib.