Polşa və Ukrayna siyasi mübahisələrə son qoymağa söz verdilərbackend

Polşa və Ukrayna liderləri Varşava və Kiyev arasında onların hərbi ittifaqına mane olan siyasi mübahisələri həll etməyə və müdafiə sahəsində əməkdaşlığı gücləndirməyə söz veriblər. Bu barədə “Reuters” məlumat yayıb.

Materialda deyilir ki, Donald Tusk baş nazir kimi Ukraynaya ilk səfəri zamanı Ukrayna prezidenti Vladimir Zelenskiyə dostluq mesajı çatdırıb və hər iki tərəfin polşalı fermerlərin və yük maşınlarının etirazları ilə bağlı “ortaq anlaşma əldə etdiyini” deyib.

Media üçün birgə brifinqdə Tusk bildirib ki, Polşa Ukraynanın münaqişədə qalib gəlmə şansını artırmaq üçün hər şeyi edəcək.

Mənbə: Reuters