Polşa xarici işlər naziri Radoslav Sikorski milyarder İlon Maskın Avropa Birliyini dağıtmaq çağırışına sosial mediada cavab verib.
Nazir iş adamına “Marsa getməyi” məsləhət görüb.
O əlavə edib ki, “Nasist salamları ilə bağlı heç bir senzura yoxdur”.
Milyarder əvvəllər Avropa Birliyinin ləğv edilməli olduğunu və ayrı-ayrı ölkələrin hökumətlərinin xalqı daha yaxşı təmsil edə bilməsi üçün suverenliklərini bərpa etməli olduqlarını bildirmişdi. Yazıda Mask bürokratiyanın “Avropanı yavaş-yavaş boğduğunu” qeyd edib və ABŞ-ın Aİ-ni nədən qoruduğunu soruşub.














