Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna ilə bağlı hələ qərar vermədiyini bildirib. Bu barədə TVP-İnfo xəbər verir.
Polşalı nazirin sözlərinə görə, Trampın bəzi tərəfdarlarının Ukraynadakı münaqişə ilə bağlı fəaliyyət planı ilə bağlı anonim məlumatlara malik olması barədə xəbərlərdən ehtiyat etmək lazımdır.
Kosinyak-Kamış, “Mən bildiyimə görə, prezident Tramp hələ heç bir qərar verməyib, Ukrayna ilə bağlı hərəkətlərlə bağlı heç bir qərar açıqlamayıb”.