Polşada aviasiya səmaya qalxdıbackend

Polşada aviasiya səmaya qalxdı.

Bu barədə Polşa Silahlı Qüvvələrinin əməliyyat komandanlığı X sosial şəbəkəsində məlumat yayıb.

Departament bunun “Rusiya Federasiyasının intensiv fəaliyyəti”, xüsusən də Ukrayna ərazisindəki hədəflərə hücumlar səbəbindən edildiyini bildirib. Ölkənin cənub-şərq bölgəsində yüksək səs-küy ilə bağlı əhaliyə xəbərdarlıq edilib.

Silahlı Qüvvələr əlavə edib ki, hərbçilər Polşanın hava məkanının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi prosedurlara başlayıb və həmçinin vəziyyətə nəzarət edirlər.

Mənbə: A Haber