Polşada üç Ukrayna vətəndaşı polis onların avtomobilində casus cihazı detektoru və haker avadanlığı aşkar etdikdən sonra saxlanılıb, Polsat News xəbər verir.
39, 42 və 43 yaşlı kişilər saxlanılıb. Onlar hüquq-mühafizə orqanlarına Avropadan keçdiklərini və Polşadan Litvaya getməyi planlaşdırdıqlarını bildiriblər.
Avtomobilə baxış zamanı polis strateji İT sistemlərinə müdaxilə etmək və telekommunikasiya şəbəkələrini sındırmaq üçün istifadə oluna biləcək bir neçə cihaz aşkar edib. Şübhəlilərdən antenalar, noutbuklar, çoxlu sayda sim kartlar, sərt disklər və kameralar ələ keçirilib.
Ukraynalılar özlərini İT mütəxəssisləri kimi təqdim etdilər, lakin polisə bu cür avadanlıqların nə üçün lazım olduğunu izah edə bilməyiblər.
Saxlanılanlara qarşı dələduzluq, o cümlədən kompüter fırıldaqçılığı və cinayət törətmək məqsədilə cihazlar əldə etmək, o cümlədən milli müdafiə üçün xüsusi əhəmiyyət kəsb edən məlumatlara zərər vurmağa cəhd etmək ittihamı irəli sürülüb.














