Polşada dəmir yolu təxribatında iştirak edənlər saxlanılıbbackend

Polşada təhlükəsizlik qüvvələri Ukraynaya gedən dəmiryol xəttində baş verən partlayışda iştirak edən şəxsləri həbs edir.

Bu barədə X platformasında Daxili İşlər Nazirliyinin və Polşa administrasiyasının sözçüsü Karolina Qaleçka bildirib.

“Ötən həftə sonu Varşava-Lublin dəmir yolu xəttində, Mika kəndində və Pulavı yaxınlığında baş vermiş təxribat aktları ilə əlaqədar nəzərinizə çatdırıram ki, intensiv əməliyyat, axtarış və istintaq tədbirləri, o cümlədən şəxslərin saxlanılması, sübutların toplanması və təhlili aparılır”, – Polşa Daxili İşlər Nazirliyinin sözçüsü yazıb.

Noyabrın 17-də Polşanın Mazovyeski Voyevodalığının polisi Ukraynaya gedən Deblin-Varşava dəmir yolu xəttində dağıntıların aşkar edildiyini bildirdi. Hüquq-mühafizə orqanlarının məlumatına görə, zərər noyabrın 16-da səhər saatlarında Şiçin şəhəri yaxınlığında qatar maşinisti tərəfindən müşahidə edilib.

Həmin gün daha bir insident baş verdi – Varşava-Lublin dəmir yolu xəttində dağıntılar qeydə alınıb.