Polşa hərbi təyyarələri Ukraynadakı şübhəli Rusiya fəaliyyəti səbəbindən havaya qaldırılıb. Polşa Silahlı Qüvvələrinin əməliyyat komandanlığı bu barədə X sosial media platformasında məlumat verib.
“Hərbi təyyarələr Polşa hava məkanında fəaliyyətə başlayıb” qırıcı təyyarələr və erkən xəbərdarlıq təyyarəsi havaya qaldırılıb, yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat vasitələri yüksək hazırlıq vəziyyətinə gətirilib”, – deyə nəşr bildirib.
Hərbçilərin sözlərinə görə, bu tədbirlər profilaktik xarakter daşıyır və “həssas ərazilər”lə həmsərhəd ərazilərdə təhlükəsizliyin təmin edilməsinə yönəlib.















