Fevralda Polşada inflyasiya 2022-ci ilin eyni göstəricisi ilə müqayisədə 18,4% təşkil edib. Bu barədə ölkənin Dövlət Statistika İdarəsi GUS məlumat yayıb.
Ən çox bahalaşan məhsullar – 24%, enerji daşıyıcıları – 22,7% və nəqliyyat xidmətləri – 22%. Ən az inflyasiya 10% səhiyyə sektorunda, 7,8% isə rabitə sektorunda qeydə alınıb. Digər Aİ ölkələrində olduğu kimi Polşada da ərzaq məhsulları arasında şəkər ən çox – 85% bahalaşıb.
Yanvarda Polşada inflyasiya 17,2% təşkil edib. Hələ 2021-ci ildə inflyasiya 5,1% idi.
Mənbə: Reuters
İctimai.az