Polşada təxribat törətməkdə şübhəli bilinən 8 nəfər həbs edilibbackend

Baş nazir Donald Tusk X sosial media platformasında yazıb ki, Polşada “təxribat aktları hazırlayan” 8 nəfər həbs edilib.

Onun sözlərinə görə, şübhəlilər Daxili Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən digər qurumlarla əməkdaşlıq çərçivəsində saxlanılıb.

Tusk nəzərdə tutduğu konkret təxribat aktlarını açıqlamayıb. Polşanın daxili işlər naziri Marçin Kervinski hələlik bu məlumatı şərh etməyib.