Polşada ukraynalılara milli mənsubiyyətinə görə hücumların sayı artıbbackend

Polşanın Onet nəşri yerli polisin məlumatlarına istinadən bildirir ki, Polşada ksenofobiya, irqçilik və ya dini dözümsüzlük zəminində ukraynalılara qarşı törədilən cinayətlərin sayı son iki ildə 66%-dən çox artıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, 2025-ci il yanvarın 1-dən iyulun 31-dək 543 belə cinayət qeydə alınıb ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə (384 hadisə) 159 fakt çoxdur. Bu, 41% artım deməkdir.

Cinayətlərin ən çoxu şəxsə qarşı cinayət törətməklə hədələmə ilə bağlı olub (Polşa Cinayət Məcəlləsinin 190-cı maddəsinin 1-ci bəndi) – yanvar-iyul aylarında 322 belə hal qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, bütün 2022-ci ildə 317, 2023-cü ildə 359, 2024-cü ildə isə 479 belə cinayət olub.