Polşalı fermerlər Ukrayna ilə sərhəd yaxınlığında keçirilən mitinqə Rusiyayönlü plakatlar gətiriblərbackend

Ukrayna ilə sərhəddə etiraz edən polşalı fermerlər Kiyev və Brüssel əleyhinə rusiyayönlü pankartlardan, eləcə də plakatlardan istifadə ediblər. Bu barədə Zet nəşri yazır.

Nəşr traktorlardan birinin etiraz aksiyasında iştirak etdiyini əks etdirən foto dərc edib, onun üzərinə Rusiya prezidenti Vladimir Putini “Ukrayna, Brüssel və bizim hakimiyyətlə nizam-intizamı” bərpa etməyə çağıran pankart əlavə olunub.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının aksiyalara müdaxilə etmədiyi qeyd olunur.

Mənbə: TASS