Polşanın Baş naziri Rusiya və Belarusla sərhədi minalamağa hazır olduğunu açıqladıbackend

Lazım gələrsə, Polşa 48 saat ərzində Rusiya və Belarusla sərhədlərini minala biləcək.

Defence24.pl saytının məlumatına görə, bu barədə Baş nazir Donald Tusk bildirib.

Baş nazirin sözlərinə görə, Polşa bu gün piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasından çıxır. Tusk qeyd edib ki, Polşa milli təhlükəsizlik üçün çox vacib olan mina layihəsini tamamlayır.

“Şərq Qalxanı layihəsi həmçinin əldə edəcəyimiz imkanları da əhatə edir – şərq sərhədini 48 saat ərzində minalamaq”, – deyə o bildirib.