Polşanın baş naziri Donald Tusk bildirib ki, Ukraynanın “məcburi təslim olması” həm də bütün Qərbin məğlubiyyəti demək olacaq və bunun bütün nəticələri olacaq.
Nəşr onun X sosial şəbəkəsindəki səhifəsində yer alıb.
“Ukraynanın məcburi təslim olması bütün Qərb ictimaiyyətinin kapitulyasiyası demək olardı. Bu faktdan irəli gələn bütün nəticələrlə. Heç kim bunu başa düşmədiyini iddia etməsin”, – Tusk yazıb.