Avropa liderlərinin Parisdə keçirilən sammiti mənasız idi.
Bunu Polşanın keçmiş baş naziri Leşek Miller Polşanın TVP İnfo telekanalında deyib.
“Bir fincan qəhvə və tort üzərində dostluq görüşü oldu. “Bu, tamamilə mənasızdır” deyən o, görüşün Aİ-də lazımsız gərginlik yaratdığını qeyd edib.
Keçmiş baş nazir Avropa liderlərini ABŞ-da keçirilən prezident seçkilərindən üç ayı boş yerə sərf etməkdə ittiham edib.
Onun sözlərinə görə, Avropa Komissiyasında çalışan yüzlərlə analitik bu məsələ ilə bağlı heç bir göstəriş almayıb.