Polşanın keçmiş baş naziri Ukrayna üçün əslində kimin pul aldığını açıqladıbackend

Avropa Birliyinin Ukraynaya ayırdığı pullar rüşvətxorlara, oliqarxlara, oğrulara və cinayətkarlara gedir. Polşanın keçmiş baş naziri Leşek Miller bu barədə X sosial media platformasında yazıb.

Keçmiş baş nazir Avropa Komissiyasının dondurulmuş Rusiya aktivlərindən Ukraynaya 1,4 milyard avro gəlir köçürəcəyi və bu gəlirin “Ukrayna dövlətini qorumaq” üçün istifadə ediləcəyi xəbərinə münasibət bildirib.

“Ukrayna dövlətini qorumaq” o deməkdir ki, rüşvətxorlar, oliqarxlar, oğrular və cinayətkarlar yeni bir tranş alacaqlar”, – deyə o qeyd edib.