Polşanın xarici işlər naziri Navroçkini Aİ və Ukraynaya hücumda ittiham edibbackend

Polşa prezidenti Karol Navroçki Polşa diplomatlarının səfir vəzifələrinə təyinatını təsdiqləmək əvəzinə Avropa İttifaqına və Ukraynaya “hücum” edir.

Bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski sosial şəbəkədə bildirib.

“Prezident Vaşinqtondakı himayədarı ilə razılaşmaq əvəzinə, Avropa İttifaqına və Ukraynaya hücum edir”, – Polşanın xarici işlər naziri yazıb.

Sikorskinin sözlərinə görə, Navroçki hələ də 40 polşalı diplomatın səfir vəzifələrinə təyin olunmasına razılıq verməyib. Nazir əlavə edib ki, bu, Polşanın xarici xidmətinin normal fəaliyyətini çətinləşdirir.