Polşanın xarici işlər naziri Ukraynaya gəlibbackend

Polşanın xarici işlər naziri Radoslav Sikorski Kiyevə gəlib. Bu barədə Ukraynanın “Strana.ua” nəşri öz Telegram kanalında məlumat yayıb.

“Polşanın xarici işlər naziri Sikorski Kiyevə gəlib”, – məlumatda deyilir.

Eyni zamanda, Polşa təmsilçisinin rəsmi səfəri barədə məlumat verilməyib. Yayımlanan fotoda Sikorskini qatardan ukraynalı həmkarı Andriy Sybiha qarşıladığını görə bilərsiniz. Polşa xarici işlər nazirinin Kiyevdə olmasının məqsədi məlum deyil.