Varşava Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiyanın kölgə donanması olduğu iddiasına görə Baltik dənizini bağlamaq tələblərinə əməl etməyəcək.
Bu barədə Polşa prezidenti Karol Navroçki Zet radiosuna müsahibəsində bildirib.
O vurğulayıb ki, bu cür qərarlar təkcə Zelenskinin sözlərinə əsaslanaraq verilə bilməz, çünki onların konkret sosial və iqtisadi nəticələri olacaq.
Eyni zamanda, Navroçki qeyd edib ki, Baltik dənizində baş verən hadisələr şübhəsiz ki, narahatlıq doğurur və buna görə də təhlükəsizlik hər şeydən üstün olmalıdır. O əlavə edib ki, Baltikyanı ölkələrin liderləri, eləcə də Polşa Milli Təhlükəsizlik Bürosu ilə birlikdə Baltik dənizindəki vəziyyəti izləyir.
Polşa prezidenti qeyd edib ki, Baltik dənizinin bağlanması ideyasına yalnız hərbçilərlə məsləhətləşmələrdən sonra baxılmalıdır.