Poltava vilayətinin Mirqorod şəhərində partlayışlar baş veribbackend

Poltava vilayətinin Mirqorod şəhərində silsilə partlayışlar baş verib. Bu barədə Ukraynanın “Strana” nəşri məlumat yayıb.

Günün əvvəlindən Poltava, Sumı, Xarkov və Çerniqov vilayətlərində yerli vaxtla saat 00:40-a qədər davam edən hava hücumu xəbərdarlığı elan edilib. Yarım saatdan sonra bütün qeyd olunan rayonlarda həyəcan siqnalı ləğv edilib.

Mirqorod Ukrayna Hərbi Hava Qüvvələrinin böyük bazasının yanında yerləşir.

Mənbə: Strana