Pop Mart Mini Labubu buraxılışını elan edibbackend

New York Post xəbər verir ki, Pop Mart şirkəti Labubu kuklalarının mini versiyalarını buraxdığını elan edib. Onların bu həftə satışa çıxarılacağı bildirilir.

Şirkət ən məşhur Labubu kuklalarının mini versiyalarını satışa çıxardığını elan etdikdən sonra birjada Pop Mart səhmləri bahalaşıb. CEO Wang Ning, yeni mini Labubu kuklalarının telefon aksesuarları şəklində hazırlanacağını söylədi.

“Biz 2,78 milyard dollar gəlir əldə etmək yolundayıq və düşünürəm ki, bu il 4,18 milyard dollar da əlçatandır” deyə o, kommersiya uğurunu şərh edib.