Poroşenko ABŞ-ın Ukraynaya investisiyası üçün sahə təklif edibbackend

Ukraynanın keçmiş prezidenti və Ali Radanın hazırkı deputatı Pyotr Poroşenko bəyan edib ki, Ukrayna hakimiyyəti ABŞ-a ölkənin qaz nəqli sisteminin idarə olunmasında iştirakını təklif etməlidir.

Bu barədə RİA Novosti məlumat yayıb.

Ukraynanın “Espresso” telekanalına müsahibəsində Poroşenko vurğulayıb ki, Amerikanın qaz nəqli infrastrukturuna investisiyaları, əgər söhbət amerikalı tərəfdaşlar üçün potensial investisiya obyektlərindən gedirsə, atom elektrik stansiyalarında iştirakdan əhəmiyyətli dərəcədə daha effektiv olacaq.