Portuqaliya Ukrayna üçün yeni hərbi texnika paketini açıqlayıb

Portuqaliya Ukrayna üçün yeni hərbi texnika paketini açıqlayıb, ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Paketə 14 M113 zirehli transportyoru və 105 mm-lik haubitsa dəsti, 180 ton döyüş sursatı və 5 zirehli tibbi yardım maşını daxildir.

Bundan əvvəl Danimarkanın müdafiə naziri Troels Lund Poulsen bildirib ki, ölkə öz F-16 qırıcılarını Ukrayna Silahlı Qüvvələrinə təhvil verməyə hazırdır, lakin bunu təkbaşına həyata keçirmək mümkün deyil.

Poulsenin sözlərinə görə, qırıcı təyyarələrin Ukraynaya effektiv ötürülməsi üçün dövlətlərin koalisiyası lazımdır.

Mənbə: BBC

Oxşar xəbərlər