“Botafoqo”nun baş məşqçisi Luis Kastro Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol klubuna rəhbərlik edə bilər.
Bu barədə Goal xəbər verir.
Mənbənin sözlərinə görə, Kastro Əl-Nəsrin təklifini qəbul edib. Mütəxəssis əvvəllər “Əl-Duhail”, “Şaxtyor”, “Vitoriya Gimarayş”, “Rio Ave” və “Penafiel”ə rəhbərlik edib.
Aprelin 13-də Rudi Qarsiya Əl-Nasr vəzifəsindən istefa verdi. Mütəxəssislə müqaviləyə tərəflərin qarşılıqlı razılığı əsasında xitam verilib. Səudiyyə Ərəbistanı klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldonun fransalı çalışdırıcının işindən və oyun tərzindən narazı olduğunu dilə gətirdiyi haqda xəbər yayılıb.
Mənbə: Goal

