Pravoslav xristianlar Rəbbin yüksəlişini qeyd edibbackend

Mayın 25-də pravoslav xristianlar 12 əsas kilsə bayramından birini – Rəbbin yüksəlişini qeyd edirlər.

Ənənəvi olaraq Pasxadan sonra 40-cı günə düşür.

Əhdi-Cədid deyir ki, dirildikdən sonra İsa Məsih daha 40 gün yer üzündə olmuşdur. O, şagirdlərinə və həvarilərinə göründü, onlara iman öyrətdi.

Lukanın İncilində və Müqəddəs Həvarilərin İşlərində Rəbbin yüksəlişi hadisəsi ətraflı təsvir edilmişdir.

40-cı gündə Məsih şagirdləri Yerusəlimdən Betaniyaya, Zeytun dağına apardı. O, əllərini qaldırıb onlara xeyir-dua verdi və sonra onlardan uzaqlaşaraq göyə qalxmağa başladı.

Mənbə: BBC