Prezident Administrasiyasının yüksək vəzifəli şəxsi vəzifəsindən azad edildi – FOTObackend

Prezident Administrasiyasının yüksək vəzifəli əməkdaşı vəzifəsindən azad olunub.

Manset.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-Təşkilat Məsələləri şöbəsinin məsul əməkdaşı Arif Novruzov müvafiq əmrlə tutduğu vəzifəsindən azad edilib.

O, Manset.az-a açıqlamasında məlumatı təsdiq edib:

“Bəli, vəzifəmdən azad olunmuşam. Hələ ki başqa vəzifəyə təyin edilməmişəm”.

Qeyd edək ki, Arif Novruzov bir neçə rayonun icra hakimiyyətlərinin (Ağdaş, Göygöl, Goranboy, Tərtər və s.) kuratoru vəzifəsində çalışıb.