Prezident DSX-nin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verdibackend

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə President.az məlumat yayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:

1) Polkovnik Bəhmən Rza oğlu Babayevə,

2) Polkovnik Əyyub Vəli oğlu Məmmədova,

3) Polkovnik Nəsib Tahir oğlu Mirzəyevə.