Prezident İlham Əliyev özünə azərbaycanlıyam deyən hər kəsə bir daha qürur yaşatdıbackend

Pandemiyanın özü ilə insan fəaliyyətinim hər sahəsinə durğunluq,süstlük gətirdiyi bir vaxtda Prezident İlham Əliyev dünya siyasətinin gündəminə növbəti dəfə həqiqi bir lider obrazı təqdim etdi.

Ölkəmizdə korona virusu ilə mübarizənin ən keyfiyyətli,düzgün yolunu müəyyən etmiş,dövlətin və əhalinin mənafelərinin yüksək səviyyədə qorunması kimi məsuliyyətli bir işin,xırda detallarına qədər,elmi istiqamətini müəyyən etməyə nail olmuş,bununla da dünyanın diqqətinin Azərbaycana yönəlməsini təmin etmiş möhtərəm Prezidentimiz pandemiya dövründə ümumi evimiz olan dünya üçün narahatlıq hissilə əhəmiyyətli təşəbbüslə,həm də qısa vaxt ərzində, artıq ikinci dəfə çıxış etdi,bu təşəbbüslərin uğurla reallaşmasına nail oldu.

Təxminən bir ay əvvəl cənab Prezidentin təşəbbüsü və sədrliyi ilə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans vasitəsilə Zirvə görüşü pandemiya ilə mübarizə mövzusuna həsr edilmişdi. Bu tədbir olduqca zananında-pandemiya dalğasının dünyada hədsiz təşviş və həyəcan yaratdığı,minlərlə insanın sağlamlığını ciddi şəkildə təhdid etdiyi bir vaxtda baş tutmuş bir tədbir idi.Ən vacibi isə burdan dünyaya verilən mesaj idi.O da bundan ibarət idi ki,dünyanı bu qorxunc virusun cəngindən elə dünyanın özü öz birliyi,həmrəyliyi ilə xilas edə bilər.

Mayın 4-də dünyanın diqqəti yenidən Azərbaycana yönəldi.Və bu dəfə Qoşulmama Hərəkatının sədri kimi dövlətimizin başçısının təşəbbüsü ilə Təmas Qrupu formatında videkonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr edilmiş “COVİD-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirildi.

Prezident Zirvə görüşündəki çıxışında Qoşulmama Hərəkatının sədri olaraq ilk vaxtlardan çox böyük hədəfləri olduğunu bu sözlərlə ifadə etdi:”Sədrliyi öz üzərimizə götürərkən mən bəyan etdim ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacaqdır”.

Cənab Prezidentin belə bir tədbiri keçirmək təşəbbüsü koronovirus pandemiyası ilə qlobal mübarizə istiqamətində olduqca əhəmiyyətlidir.Dövlətimizin başçısının nitqində də pandemiyaya qarşı birgə mübarizə aparmaq,həmrəylik nümayiş etdirmək və qarşılıqlı dəstək təklifləri səsləndi.

Qoşulmama Hərəkatı kifayət qədər geniş coğrafiyanı əhatə edir.Tədbirdə qırxdan çox ölkənin dövlət və hökumət başçıları edirdilər.Bundan başqa videokonfransda BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidentinin,Afrika İttifaqının sədrinin,Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun,Avropa İttifaqının ali nümayəndəsinin iştirakı tədbirin möhtəşəmliyinin və əhəmiyyətinin sübutu idi.

Azərbaycan Prezident İlham Əliyevin simasında dünyaya bir nümunə oldu. Çünki bu tədbir göstərdi ki,ölkəmizin rəhbəri koronavirusla yalnız milli səviyyədə,ölkə hüdudları daxilində mübarizə aparmaqla qalmır,həmçinin regional və qlobal miqyasda mübarizədə birliyin,həmrəyliyin,qarşılıqlı əməkdaşlığın tərəfdarıdır.Cənab Prezidentin bu addımı isə Zirvə görüşünün bəyannaməsində çox doğru olaraq,”vaxtında və dəyərli görüş”kimi qiymətləndirildi.

Və dövlətimizin rəhbəri növbəti dəfə özünə azərbaycanlıyam deyən hər kəsə qürur hissi yaşatdı.

İlham Məmmədov

Millət vəkili

İctimai.az