Prezident İlham Əliyev Putinlə Qarabağı müzakirə etdibackend

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Qarabağ ətrafındakı vəziyyət müzakirə olunub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, söhbət zamanı bölgədə təhlükəsizlik və sabitliyin təmin olunması üçün praktik vəzifələrin həllinin 10 Noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarına uyğun olaraq həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Ölkə liderləri ikitərəfli münasibətlərin əsas məsələləri barədə də fikir mübadiləsi aparıb, bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını ifadə ediblər.

Həmçinin Prezident İlham Əliyev rusiyalı həmkarına “Sputnik V” peyvəndinin Azərbaycana çatdırılması üçün səmimi təşəkkürünü bildirib.