Prezident İlham Əliyev Samir Şərifovu vəzifəsindən azad etdibackend

Samir Rauf oğlu Şərifov Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsindən azad edilib.

İctimai.az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə S.Şərifov Azərbaycan Respublikası Baş nazirinin müavini təyin olunub.