Prezident İlham Əliyevin başlatdığı yeni inkişaf strategiyasında Azərbaycan gənclərinə xüsusi yer verilirbackend

Müxtəlif tarixi dövrlərdə cəmiyyətdə baş verən dəyişikliklərin önündə gənclik gedib. Əgər ayrı-ayrı dairələrin təsirinə düşən gənclər dağıdıcı qüvvəyə çevrilirlərsə, vətəninə bağlı, tarixini, mədəniyyətini bilən, əsl müstəqilliyin nə olduğunu dərk edən gənclik qurucu memarlara çevrilirlər. Sevindirici hal olan ibarətdir ki, bu gün Azərbaycan gəncliyi öz xarici həmyaşıdlarları ilə bərabər səviyyəli rəqabət apara bilir, bəzi sahələrdə isə irəli çıxmağı bacararırlar. Cəbhədə azğın düşmənlə üz-üzə duran gənc əsgərlər qəhrəmanlıqla vətəni müdafiə edir, Azərbaycan bayrağını işğal altında olan ərazilərdə dalğalandırmaq üçün gün ali baş komandandan əmr gözləyirlər. Müxtəlif beynəlxalq təşkilatlarda çalışan, elmi dairələrdə fəaliyyət göstərən Azərbaycan gəncləri isə intellektual gənc Azərbaycanlı simasını formalaşdırılırlar. Müasir Azərbaycanda gənclər siyasətinin tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1994- cü ildə atəşkəs müqaviləsi imzalananandan sonra yaranan ilk dövlət qurumu məhz Gənclər və İdman nazirliyi olmuşdur. Ulu Öndər gənclərlə işə xüsusi diqqət göstərir, Gənclər Forumlarında iştirak edir, onları maraqlandıran məsələlərə münasibət bildirirdi. Prezident İlham Əliyev hakimiyyətə gəldikdən sonrakı dövrdə də gənclər siyasətinə çox böyük diqqət göstərdi. Gənclərlə iş sahəsində yeni infrastruktur layihələr hazırlandı, dövlət proqramları qəbul və icra olundu. Bu layihələr bu gün də icra olunmağa davam edir. Aparılan uğurlu gənclər siyasəti nəticəsində dünyada Azərbaycan gənclər siyasəti modeli nümunəvi bir sahə kimi qəbul olunmağa başlayıb. Gənclər siyasətinin önəmli sahələrindən birini kadr hazırlığı tutur. Bu gün ölkədə bacarıqlı, vətənini sevən, onu inkişafı üçün yüksək intellektual göstəricilərə malik olan rəqabətədavamlı gənc idarəçilər nəsli formalaşıb. Onlar müxtəlif sahələrdə fəaliyyət göstərərək ölkəmizin daha da inkişafı üçün əllərindən gələni edirlər. Gənclər güclü Azərbaycan dövlətinin vətəndaşları olmalarının qürurunu yaşamaqla bərabər, onun da irəli getməsi üçün çox böyük səy göstərirlər. Prezident İlham Əliyevin başlatdığı yeni inkişaf strategiyasında Azərbaycan gənclərinə xüsusi yer verilir. Gənclər müxtəlif dövlət qurumlarında ali vəzifələrdə irəli çəkilirlər. Ölkə başçısı tərəfindən onlara çox böyük inam və etimad göstərilir. Əgər biz dövlət və özəl sektorda çalışan insanların yaş tərkibini araşdırsaq görərik ki, bu sahələrdə işləyən adamların böyük əksəriyyəti gənclərdir. Yeniləşən Azərbaycanda Azərbaycan gənclərinin üzərinə çox böyük iş düşür. Gənclər onlara göstərilən etimadı doğrultmaqla yanaşı öz üzərlərində daha çox çalışaraq peşəkarlıq səviyyələrini artırmalıdırlar. Inanrıram ki, gənclər bu işlərin öhdəsindən laiqincə gələcək və ölkəmizin daha da güclənməsi üçün əllərindən gələni edəcəklər.

Şahin İsmayılov

Milli Məclisin deputatı