Prezident Ramiz Rövşənə ev hədiyyə etdibackend
Prezident İlham Əliyev Xalq şairi Ramiz Rövşənə ev hədiyyə edib.

“Real İntervu”ya danışan Ramiz Rövşən buna görə dövlət başçısına minnətdarlığını bildirib:

“Gözlənilməz hədiyyələr həmişə xoşdur. Mənzil də insanı sevindirən hədiyyədir. Amma mənim üçün ən böyük hədiyyə o Qarabağ torpaqlarının işğaldan azad edilməsidir. O hədiyyəni də mənə başda Ali Baş Komandan olmaqla Azərbaycan Ordusu bağışladı. Bu, mənim sənətimə edilən hörmət, verilən qiymətdir. Buna görə təşəkkür edirəm”.

İctimai.az