Prezident seçkilərində neçə amerikalının erkən səs verdiyi məlum olubbackend

Noyabrın 5-də keçiriləcək seçkilər ərəfəsində 78 milyondan çox ABŞ vətəndaşı erkən səsvermə imkanından yararlanıb.

Bu barədə TASS Florida Dövlət Universitetinin məlumatlarına istinadən xəbər verir.

Nəşr qeyd edir ki, 42,6 milyondan çox amerikalı şəxsən seçki məntəqələrini ziyarət edib, daha 35,3 milyon ABŞ vətəndaşı isə poçt vasitəsilə səs verib.

Universitetin məlumatına görə, ABŞ-da qeydə alınmış seçicilərin sayı təxminən 168 milyon nəfərdir. Ən yüksək aktivlik Texas (8,9 milyon səs), Florida (8,1 milyon), Kaliforniya (7,9 milyon), Şimali Karolina (4,4 milyon) və Corciyada (4 milyon) müşahidə olunur.