Prezident seçkilərinin ilkin nəticələri açıqlanıbbackend

Bu gün Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin ilkin rəsmi nəticəsi elan edilir.

İctimai.az xəbər verir ki, nəticələri MSK sədri Məzahir Pənahov elan edir.

Məlumata görə, İlham Əliyev 2 milyon 497 min 542 (92,1%) səslə növbədənkənar prezident seçkilərinin qalibi olub.

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc 2,2 faiz,

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,79 faiz,

Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 1,99 faiz,

Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,66 faiz,

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,78 faiz,

Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə 0,48 faiz səs toplayıb.