Prezident sərəncam imzalayıbbackend

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

AZƏRTAC-ın xəbərinə görə, sərəncama əsasən, Təhsil Nazirliyi ADNSU-nun 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, 2020-ci ilin noyabr ayında ADNSU-nun fəaliyyətə başlamasının 100 illiyi tamam olur.

İctimai.az