Prezidentdən əhaliyə ŞAD XƏBƏRbackend

Bu proqramlar dövlətin dəstəyinin yalnız bir hissəsidir. Digər dövlət dəstəyi mexanizmləri üzərində hazırda iş aparılır”.

“Azərbaycanda banklar tərəfindən sahibkarlara verilən 500 milyon manat və ya təqribən 300 milyon dollar həcmində kreditlərin 60 faizinə dövlət zəmanəti veriləcək”.

İctimai.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev Türk Şurasının videokonfrans vasitəsilə keçirdiyi fövqəladə Zirvə görüşündə çıxış edərkən deyib.

Prezident bildirib ki, zəmanət verilən kreditlər üzrə faiz dərəcələrinin yarısı dövlət büdcəsinin vəsaitləri hesabına subsidiyalaşdırılacaq.

İlham Əliyev qeyd edib ki, dövlət zəmanəti olmayan bir milyard manat və ya 600 milyon dollar həcmində mövcud bank kreditləri üzrə faiz dərəcəsinin 10 faiz bəndi subsidiyalaşdırılacaq.

“Bunun üçün dövlət büdcəsindən 50 milyon manat və ya təqribən 30 milyon dollar vəsait ayrılıb. Bu tədbirin əsas səbəbi pandemiya səbəbindən faizlərin ödənilməsində çətinliklərlə üzləşmiş sahibkarlara kömək etməkdir”, – deyə Prezident əlavə edib.

Dövlət başçısı qeyd edib ki, sosial təcrid tədbirləri nəticəsində əhali tərəfindən elektrik enerjisi sərfiyyatı artıb:

“Bunu nəzərə alaraq kommunal ödəmələrə güzəşt edilib. Bu proqramlar dövlətin dəstəyinin yalnız bir hissəsidir. Digər dövlət dəstəyi mexanizmləri üzərində hazırda iş aparılır”.

Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə keçirdiyi fövqəladə Zirvə görüşü koronavirus pandemiyasına həsr olunub.

İctimai.az