Prezidentin doğum gününə həsr olunmuş intellektual yarış keçirilibbackend

24.12.2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “İntellektual oyunlar”, “İqtisadiyyat” və “Müasir İdarəçilər” klublarının birgə təşkilatçılığı ilə 24 Dekabr – Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin doğum gününə həsr olunmuş universitetlərarası intellektual yarış keçirilmişdir.

Yarışın açılış nitqini Dövlət İdarəçilik Akademiyasının tələbələrlə iş üzrə koordinatoru Murad Həsənxanlı çıxış edərək Prezident İlham Əliyevin apardığı uğurlu siyasət barəsində geniş məlumat vermiş, layihə barəsində fikirlərini bölüşərək

iştirakçı komandalara uğurlar arzu etmişdir.

Daha sonra çıxış edən DİA Tələbə Gənclər Təşkilatının sədri İxtiyar Mahmudzadə cənab Prezidentin uğurlu Gənclər Siyasəti barəsində danışmış, yarışın yüksək səviyyədə təşkili üçün təşəkkür etmişdir.

Yarış klub sədrləri DİA TGT “İntellektual oyunlar” klubunun sədri Qədim Qazıxanov, DİA TGT “Müasir İdarəçilər” klubunun sədri Misir Məmmədov və DİA TGT “İqtisadiyyat” klubunun sədri Mirhəsən Həsənovun rəhbərliyi altında davam etdirilmişdir.

İntellektual yarışda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Azərbaycan Dövlət İqtisad Universitetinin, Bakı Dövlət Universitetinin, Bakı Slavyan Universitetinin komandaları “Nə? Harada? Nə zaman?” formatında yarışmışdırlar.

Yarışın nəticələrinə əsasən Dövlət İdarəçilik Akademiyasının komandası I yerin, Bakı Dövlət Universitetinin komandası II yerin, Dövlət İdarəçilik Akademiyasının digər komandası isə III yerin qalibi olmuşdurlar.

Yarışın bağlanış nitqini Dövlət İdarəçilik Akademiyasının müşaviri Zaur Məmmədov etmiş, qalib komandaları və iştirakçıları mükafatlandırmışdır.