Prime Cotton sənaye avadanlıqlarının satışını elan edirbackend

Prime Cotton-a məxsus olan və Gəncə şəhərində, Gəncə İdman Sarayının arxasında yerləşən fabrik ərazisində müxtəlif sənaye istehsalı üzrə avadanlıqlar satışa çıxarılır.

Satışa təqdim olunan avadanlıqlar ümumilikdə 22 adda, 75 ədəd olmaqla, Rieter markalı iplik istehsalı, təmizləmə, sənaye ventilyasiya və hava təmizləmə sistemlərini, elektrik mühərriklərini, presləmə və digər istehsal avadanlıqlarını əhatə edir.

Satışa çıxarılan əsas avadanlıq kateqoriyasına daxildir:

  • Rieter İplik Əyirmə Maşınları (T14 673-4604) – 16 ədəd
  • Rieter Daraqçı Maşınları (RSB 851) – 5 ədəd
  • Rieter Toxucu Dəzgahları (SB 851) – 1 ədəd
  • Rieter Pambıq Təmizləmə Avadanlıqları (RSB-D45) – 2 ədəd
  • Rieter İplik Sistemləri və İstehsal Avadanlıqları (fərqli modellər – C 4A, B 5/5, A 2/1, B 4/1, UNIMIX B7/3 və s.)
  • Rieter İdarəetmə Panelləri
  • Sənaye Ventilyatorları və Hava Təmizləmə Sistemləri
  • Konveyer və Emal Maşınları
  • Prislam Maşınları
  • Elektromotorlar (VM 132S-2 və digər modellər)
  • Hava Təmizləmə və Sənaye Havalandırma Sistemləri (R110 və s.)

Avadanlıqlar yaxşı vəziyyətdədir və yerində baxış üçün əlçatandır.

Təkliflərin qəbulu

Avadanlıqlar üçün satış qiymətləri müəyyən edilməmişdir. Satınalma ilə maraqlanan tərəflər öz qiymət təkliflərini aşağıdakı keçid vasitəsilə təqdim etməlidirlər:

Təklif forması:
https://forms.gle/BAvDuT14WfePzDoz5

Təkliflərin qəbulu üçün son tarix: 30 noyabr

Əlaqə: Əlavə məlumat və baxış üçün müraciət:
+994 10 230 30 05 – Emin Mehdiyev

Prime Cotton bütün maraqlı şirkət və tərəfdaşları avadanlıqların baxışı və satınalma prosesində iştirak etməyə dəvət edir. Təkliflərin dəyərləndirilməsi şəffaf şəkildə aparılacaq və seçim texniki uyğunluq, kommersiya sərfəliliyi və təqdim edilən təkliflərin rəqabətliliyinə əsaslanacaqdır.

 

1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1