“Proqressiv Gənclik- Sahibkarlığa uğurla addımla! ” layihəsinin icrası davam edirbackend

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Proqressiv Gənclik- Sahibkarlığa uğurla addımla! ” layihəsi üzrə fəaliyyətlərin icrası davam edir.

Layihənin əsas məqsədi dövlətin gənc sahibkarlığının inkişafı üçün gördüyü işlərə töhfə vermək, həmçinin ölkə iqtisadiyyatının tərəqqisi və rifahına dəstək olmaqdır.

Bu məqsədlə layihə çərçivəsində ilk iki təlim 08-09 avqust 2024-cü il tarixlərində Gəncə şəhərində baş tutmuşdur. Təlimlərdə hədəf qrup Qarabağ ərazisindən olan və sahibkarlığın inkişafına Qarabağda dəstək olmaq istəyən gənclərdən ibarət olmuşdur.

Təlimlərin açılışında layihə rəhbəri Qərənfil Rəhmanova Süleymanova iştirakçıları salamlamış, Azərbaycan Respublikası Gənclər Fondunun fəaliyyətləri barədə məlumat vermişdir.

Təlimçi Rəvan Cəfərli iki gün ərzində “Şəxsi inkişaf nədir?”, “Karyera planlaşdırılması”, “Uğursuzluqdan qazanılan uğurlar”, “Biznesə başla və inkişaf etdir”, “Sahibkarlıq fəaliyyətinin əsas şərtləri” mövzularında gəncləri maarifləndirmişdir. Təlimlərin yekununda iştirakçılar sertifikatla təltif olunmuş və layihə meneceri Selcan Əlibəyova təlim iştirakçılarına uğurlar arzu edərək layihənin növbəti fəaliyyətləri barədə məlumat vermişdir.

Növbəti iki təlimin Bakı şəhərində təşkili nəzərdə tutulub.