Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzinin könüllü gəncləri üçün online təlim keçirilib – Fotolarbackend

Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzinin könüllü gəncləri üçün online təlim keçirilib.
Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi və “Loqos” un təşkilatçılığı ilə təşkil edilən təlimdə “Loqos” un İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, PXTM-nin icraçı direktoru Leyla Rəhimova, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin klinik psixoloqu Şahin Əliyev , “Gənclərlə iş şöbəsi” nin rəhbəri Ümidə Rəhimova və 80 nəfər gənc iştirak ediblər.
Təlimi açıq elan edən Mərkəzin icraçı direktoru Leyla Rəhimova gənclər üçün bu cür təlimlərin davamlı olacağını bildirib və təşkil edilən təlimin proqramı haqqında ətraflı məlumat verib.
Daha sonra “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin klinik psixoloqu Şahin Əliyev “Bizi formalaşdıran sistem” adlı online təlim keçib.
Təlimin gedişatı zamanı gənclər tərəfindən ünvanlanan suallar cavablandırılıb və təlim gənclərin marağına səbəb olubdur.

İctimai.az