PSJ-nin qapıçısı ağır vəziyyətdə xəstəxanaya yerləşdirildibackend

Fransanın “Paris Sen-Jermen” futbol klubunun əvəzedici qapıçısı ispaniyalı Serxio Riko atdan yıxılaraq İspaniyanın Sevilya şəhərindəki xəstəxanaya yerləşdirilib.

Məlumata görə, futbolçunun vəziyyəti ağırdır.

Bildirilir ki, idmançı kəllə-beyin travması alıb.

Qeyd edək ki, qapıçı PSJ-nin şənbə günü “Strasburq”la (1:1) matçında ehtiyat oyunçular skamyasında oturmuşdu. Bu oyundan sonra Riko İspaniyaya yollanıb.

Xatırladaq ki, Rikonun 29 yaşı var və o, bu mövsüm heç bir rəsmi oyun keçirməyib. Qapıçı karyerası ərzində İspaniyanın “Sevilya” və “Malyorka”, İngiltərənin “Fulhem” klubunda çıxış edib.

Mənbə: TASS