Pullu yola sürət nişanı qoyuldubackend

Ənənəvi yola alternativ olaraq yaradılmış ödənişli avtomobil yolunda yeni yol nişanı quraşdırılıb.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, bir müddətdir Bakı-Quba-Rusiya Federasiyası sərhədi yolunda 110 km/saat sürət nişanı quraşdırılıb.

Bundan öncə həm qovşaqlara dönən, həm də giriş-çıxış hissələrində 90 km/saat və 70 km/saat nişanı olsa da, artıq 110 km/saat nişanı da qoyulub.

Qeyd edək ki, sürücülərin sürət rejiminə əməl etməsinə nəzarət olunması məqsədilə yaxın zamanda yolda xüsusi texniki vasitələrin quraşdırılması nəzərdə tutulur.

Onu da bildirək ki, artıq ödənişli yolda ölüm və ağır xəsarətlə nəticələnən bir neçə avtomobil qəzası baş verib.