Putin ABŞ ilə ərazi mübahisələri fonunda Danimarka ilə bağlı narahatedici bir faktı xatırlatdıbackend

Danimarkanın artıq ərazilərini ABŞ-a satmaq təcrübəsi var. Kremlin saytında yer alan məlumata görə, Rusiya Prezidenti Vladimir Putin bunu Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündə bildirib.

“Danimarka və ABŞ-ın bu məsələdə öz təcrübələri var”, – deyə Rusiya lideri bildirib.

O, Danimarkanın 1917-ci ildə Virgin adalarını ABŞ-a satdığını xatırladıb.

Qrenlandiyadan danışan Putin qeyd edib ki, Danimarka adaya həmişə “müstəmləkə kimi” və “qəddar olmasa da, olduqca sərt” yanaşıb. Dövlət başçısı ümid etdiyini bildirib ki, ABŞ və Danimarka sonda “hər şeyi yoluna qoyacaq”.