Azərbaycanəsilli jurnalist İradə Zeynalova Rusiyanın Mavriki Respublikasındakı səfiri təyin edilib.
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, müvafiq fərmanı Rusiya Prezidenti Vladimir Putin imzalayıb.
“İrada Avtandilovna Zeynalova Rusiya Federasiyasının Mavriki Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”, – deyə Fərmanda bildirilib.